Azərbaycan Skandinaviya Əməkdaşlığı  İctimai Birliyi 20 oktyabr 2006-ci il tarixində təsis edilmişdir və  21 noyabr  2006-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir..

 

Birliyin əsas məqsədi Azərbaycan Respublikası və Skandinaviya  ölkələri arasında dostluq əlaqələrinin yaradılmasına, Azərbaycan və Skandinaviya xalqları arasında mədəni, elmi, təhsil sahəsində əlaqələrin inkişafına və informasiya mübadiləsinə kömək etmək etməkdir.

 

Bu məqsədlərə çatmaq üçün Birlik aşağıdakı vəzifələri həyata keçirir:

 

  • Azərbaycan mədəniyyətini, tarixini Skandinaviya ölkələrində təbliğ etmək, bu xalqların  tarixinin, mədəbiyyətinin, milli-mənəvi  sərvətinin tədqiqinə və təbliğinə kömək etmək;
  • Skandinaviya ölkələrində yaşayan soydaşlarımızın mütəçəkkil diaspora kimi  formalaşmasına yardım etmək;
  • Azərbaycan ilə Skandinaviya ölkələrinin  mütəxəsislərinin  qarşlıqlı iş və təcrübə  mübadiləsini  təşkil etmək, Skandinav ölkələrində təhsil almış azərbaycanlı məzunlarla birgə işlərin aparılması və şəbəkələşməsinə yardım etmək;
  • Skandinav ölkələrinin social, iqtisadi, kənd təsərrüfatı, sənaye və digər sahələrdə olan uğurlu nəaliyyətlərin və təcrübələrin Azərbaycanda tətbiqinə, təcrübə mübadiləsini aparılması sahəsində işlər aparsın;
  • Azərbaycan və Skandinaviya ölkələrində olan biznes qurumları, orta və kicik sahibkarlar və eləcə də, qeyri-hökümət təşkilatları arasında əlaqələrin və iş birliyinin  yaradılması və sair vəzifələri həyata keçirdir

 

Birlik fəaliyyət göstərdiyi dövr ərzində bir cox layihələr içra etmiş, Skandinaviya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərmişdir. Bakıda Nobel evinin təşkili və acılışı ücün  Nobel İrsi Fondu ilə birgə Nobel ailəsi ilə əlaqələrin qurulması, onların Bakıya  dəvətini təşkil etmişdir.

Eləcə də,  Azərbaycan və Skandinaviya ölkələri arasında iqtisadi, social, kənd-təsərrüfatı, mədəniyyət, təhsil və s. sahələri üzrə qarşılıqlı əlaqələrin inkişafı məqsədi ilə İsveç, Norveç və Finlandiyadan olan sahibkarlar, şirkətlər,  QHT və dövlət orqanlarının nümayəndələri ilə əlaqələr yaradılmış, əməkdaşlıq formalaşdırılmışdır.  Onların nümayəndələrinin Azərbaycana səfərləri təşkil edilmiş.