Görülən işlər: “Azərbaycan Skandinaviya Əməkdaşlığı”  İctimai Birliyi  AZKİL layihəsi ilə əməkdaşlığı cərcivəsində  35 rayonda  icmaların fəaliyyətlərinin qanuna uyğun qurulmasına, şəbəkələşmə və qarşılıqlı əlaqəli formada fəaliyyətlərinin qurulması ilə bağlı təlimlərdə keçirilmişdir. Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2006-2008-ci illəri əhatə etmişdir. Bu illər ərzində kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi bilgilərin artmasına, icmaların yaradılması və formalaşdirilmasına nail olunmuş, layihə cərcivəsində bu kəndlərdə içma rəhbərlərinə və icma üzvləri üçün keçirilən təlimlər uğurla başa catdırılmışdır.