Görülən işlər: Norveç Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən fiziki şəxslərə “Sahibkarlara hüquqi xidmət Mərkəzi” yaradılmışdır.  Layihə çərçivəsində yaradılmış bu Mərkəzin əsas əsas məqsədi  sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya olmaq istəyən fiziki şəxslərə fəaliyyətlərinin qanunvericiliyə uyğun olaraq qurulmasına, qanunların düzgün tətbiq olunmasına, hesabatlılıq, daxili kargüzarlıq və digər hüquqi məsələlər üzrə məsləhətlərin verilməsidir.

 

Layihə cərcivəsində 6 hüquqşünasın cəlb edildiyi Mərkəz yaradılmış, Mərkəzin fəaliyyəti haqqında mətbuatda geniş məlumat verilmişdir. Layihənin içrası müddətində sahibkarları və sahibkarlıqla məşğul olmaq istəyən şəxsləri maraqlandıran sualları mütəxəssislərimiz tərəfindən cavablandırılmış, hüquqi şəxslərin yaradılması üşün tələb olunan bütün sənədlərin hazırlanmasına yardım edilmişdir. Bir il müddətində icra olunan layihədən 483 nəfər faydalanmış, bunlardan 82 hüquqi şəxs, digərləri isə fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini qurmuşdur.

 

Layihə Bakı, Gəncə, Mingəcevir və Şirvan rayonlarında icra olunmuşdur.