Görülən işlər: Layihə cərcivəsində Azərbaycanın  milli azlıqların məskunlaşdığı ərazilərdə -Quba, Qusar, Xacmaz, Balakən, Zaqatala, Qax və Şəki rayonlarında milli azlıqların nümayəndələrinə məxsus olan sahibkar qadınlar arasında kişik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsəi ilə seminarlar keçirilmişdir. Burada qadınların məşğulluğunun təmin edilməsi və maliyyə asıllığının azaldılması məqsədi ilə təbliğat və təşviqat xarakterli təlimlər aparılmışdır. 250-dən artıq qadının cəlb edildiyi bu tədbirlərdə hüquqi şəxslərin yaradılması və inkişaf etdirilməsi, eləcə də, şəbəkələşmə, əlaqəli işləmə və digər mövzular üzrə təlimlər verilmişdir.