Donor: Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
Görülən işlər: Azərbaycanda qadınlar üçün mövcud olan cəzacəkmə müəssisələrindəki qadınlarla həftədə bir dəfə olmaqla görüş keçirilmiş, onların qanunvericiliklə hüquqlarının təmin edilməsi sahəsində işlər aparılmış, real şəraitlərinə baxılmışdır. Iki il müddətində keçirilən görüşlərin nəticələri ümumiləşdirilmiş və analiz edilərək hesabat hazırlanmışdır. Bu layihə çərçivəsində qadınlara onların hüquqları izah edilmiş, hüquqlarının təmin edilməsi üçün onların bilgilərin artırılması sahəsində işlər aparılmışdır.