• Çap

DonorNobel Oil Ltd,  SOCAR, Nobel Ailəsi (Stokholm),  Nobel Əməkdaşlıq Fondu,  Bakı Nobel İrsi Fondu  (Azərbaycan),

 

Görülən işlər: Azərbaycan-Skandinaviya Əməkdaşlığı İçtimai Birliyi “Nobel Qardaşlarının Tarixi” layihəsinin içrasını həyata keçirmişdir.

 

Layihənin məqsədi  Nobel qardaşlarının fəaliyyəti ilə bağlı Isveç Krallığının və Azərbaycanın müxtəlif arxivlərindəki irihəcmli tarixi mənbə materiallarını kodlaşdırmaq və onları beynəlxalq tədqiqatçıların ödənişsiz istifadəsinə təqdim etmək olmuşdur.

İki il müddətində həyata keçirilən bu layihə çərcivəsində Azərbaycan Milli Arxiv İdarəsində Nobel qardaşlarının Azərbaycandakı fəaliuuəylətinə dair saxlanılan arxiv materiallarında  70 minə yaxın sənəd digitallaşdırılmışdır. Bu materiallar Stokholm Biznes Tarixi Mərkəzi tərəfindən xüsusi olaraq bu layihə üçün hazırlanmış irihəcmli elektron arxivin də daxil olduğu www.branobelhistory.com veb-saytında www.branobelhistory.az   adlı linkdə yerləşdirilmişdir. Bu dünya miqyasında beynəlxalq tədqiqatçılara Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətləri haqqında düzgün məlumatların alınması və arxiv materiallarından istifadəsi imkanı yaratmışdır.  Bu layihə cərcivəsində Nobel Ailəsi Cəmiyyəti, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Gürcüstan Milli Arxiv İdarəsi, Nobel Qardaşlarının Batumidəki Texnoloji Muzeyi və Bakı Nobel İrsi Fondu ilə sıx əməkdaşlıq aparılmışdır.