• Çap

 

DonorNobel Oil Ltd,  SOCAR, Nobel Ailəsi (Stokholm),  Nobel Əməkdaşlıq Fondu,  Bakı Nobel İrsi Fondu  (Azərbaycan).


Görülən işlər: Beynəlxalq təhqiqatları təşviq edən layihəyə 2010-cu ildə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz tərəfindən start verilib və ödənişsiz rəqəmsal məlumat bazası olan www.branobelhistory.com saytının yaradılması ilə nəticələnib. Belə fakta əsaslanan bu mövzunun sonrakı işlənməsi ilə bağlı Azərbaycan təşəbbüsü Bakı, Azərbaycanda www.branobelconference.com birinci Nobel qardaşlarının Beynəlxalq Konfransının keçirilməsinə gətirib çıxardı. Azərbaycan Skandinaviya Əməkdaşlığı İctimai Birliyi  ideya müəllifi və təşəbbüskarı kimi keçirdiyi “Nobel Qardaşlarının I Beynəlxalq  İnnovativ Konfransı ” nda II Beynəlxalq Konfransın keçirilməsi qərara alınmışdır.


Təhqiqatçıların bu resursların və dünyadakı Nobel Qardaşlarının Neft hasilatı şirkətin (BraNobel) resurslarının gələcəkdə istifadəsını təşviq etmək məqsədilə təşkilatçılar Nobel Qardaşlarının İkinci elmi-İnnovativ konfransını 13-14 sentyabr, 2013-cü ildə Stokholmda keçirməyi qərar gəlinmişdir. Konfransın tərəfdaşları Nobel Ailəsi Cəmiyyəti, Stokholmdakı Nobel Muzeyi, Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz, Bakı Nobel İrsi Fondu, Beynəlxalq Nobel Qardaşlığı fondu, Azərbaycan Milli Tarix Arxivi, Gürcüstanın Milli Arxivi, Nobel qardaşlarının Batumi Texnoloji Muzeyi kimi beynəlxalq təsisatlar olmuşdur. Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasının genişləndirilməsindən ibarətdir. Konfrans davamlı innovasiya sisteminin qurulmasının, şirkətin inqilab zamanı keçidi və işçilərin ondan sonrakı dövrdə durumunun eləcə də, Rockefellerin "Standard oil", Rotşild ailəsi və Branobel üçbucağı arasında əlaqələrin öyrənilməsinə yönəlmişdir.

 

Bu konfrans zamanı spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönəldilmişdir. BraNobel şaquli inteqrasiyalı neft istehsal şirkətinin inkişafının hər mərhələsində olan innovasiyaların müzakirəsinə həsr olunan məqalələr də dəstəklənmişdir. Mövzular aşağıdakılar kimi olmuşdur;

 

1.     Nobel qardaşlarının Neft hasilatı şirkətinin irsi: tarix, xüsusiyyətlər

2.     Nobel Qardaşlarının Neft hasilatı şirkətinin məkanları, paylaşma və ekoloji məsələlər

3.     Nobel qardaşlarının Neft hasilatı şirkəti və Azərbaycan cəmiyyəti

4.     Nobel qardaşlarının əməkdaşları, rəhbərləri, ofis və fabrik işçiləri

5.     Birinci Bakı Neft bumunda Nobel qardaşlarının  innovasiya sistemi

6.     Cari/İkinci Bakı Neft bumunun innovasiya sistemi “İrəliyə düşünərək”


Konfransın rəsmi dilləri: İngilis, Azərbaycan və Rus dilləridir.

 

 

Əlaqə məlumatı

Rəsmi veb-sayt: www.branobelconference.com

Əlavə məlumat: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.